İngiltərə Baş naziri Boris Consona niyə həmişə saçının dağınıq olması ilə bağlı sual verilib.
Teleqraf.com xəbər verir ki, baş nazir dağınıqlığın saçının materialı ilə əlaqədar olduğunu deyib.
Jurnalistin “Xarici ölkələrdə bizi təmsil edirsiniz və saçınız dağınıqdır. Bunun səbəbi maraqlandırır” sualına Conson belə cavab verib:
“Bu, saçımla bağlı olan bir şeydir. Amma sizə qəti şəkildə bildirirəm ki, saçımı darayıram”.
Conson ofisində daraq saxladığını söyləyib.