21 Dekabr 2020 17:00
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hakimiyyəti Böyük Britaniyadan gələn şəxslər üçün məcburi karantin tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Georgia Online” yazıb.

Qərar Qurumlararası Koordinasiya Şurası tərəfindən verilib.

Qeyd edilir ki, son 14 gündə Böyük Britaniyaya səyahət etmiş bütün ölkələrin vətəndaşlarına Gürcüstana daxil olduqdan sonra 12 günlük məcburi karantin tətbiq ediləcək.

Qeyd edək ki, bir sıra ölkələr koronavirus infeksiyasının yeni formasının yayılması ilə əlaqədar olaraq dekabrın 21-dən Böyük Britaniya ilə hava əlaqələrini dayandırdığını açıqlayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər