22 Dekabr 2020 11:02
8 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Silahlı Qüvvələrinin baş qərargah rəisi Aviv Koçavi İranın nüvə alimi Möhsün Fəxrizadənin ölümündə ölkəsini məsul tutan Tehrana “İsrailə hücum” hədəsi ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Koçavi İranın son zamanlar tez-tez İsraili hədələdiyini bildirib.

“İran və radikal tərəfdaşları İsrailə qarşı hər hansı addım atsalar, bunun onlara çox baha başa gələcəyini görəcəklər”, - qərargah rəisi qeyd edib.

Koçavi İsrail ordusunun ölkəyə qarşı hər hansı hücumda iştirak edənlərə müqavimət göstərmək üçün bütün gücü ilə çalışacağını söyləyib.

O, istənilən hücuma qarşı bütün planların hazır olduğunu bildirib.

İranın nüvə proqramının əsas simalarından olan Fəxrizadə noyabrın 27-də Tehranda avtomobilinə silahlı hücum nəticəsində ağır yaralanıb və aparıldığı xəstəxanada vəfat edib.

İran Prezidenti Həsən Ruhani Fəxrizadənin öldürülməsinin İsrailin tələsi olduğunu və uyğun zamanda sui-qəsdə cavab veriləcəyini söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər