Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus peyvəndi vurduracaq.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Türkiyə liderinin özü açıqlama verib.
O, peyvəndləmə prosesinin yaxın vaxtlarda başlayacağını bildirib: "Çindən 50 milyon koronavirus peyvəndi gətiriləcək. İlk mərhələdə 4.5 milyon idxal olunacaq. Əvvəlcə səhiyyə işçiləri başda olmaqla ölkədə peyvəndləmə prosesinə başlayacağıq.
Mən də peyvənd vurduracağam. Bütün vətəndaşlarımızı bu məsələyə həssas yanaşmağa çağırıram”.