Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 776 yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 151 727 nəfərə çatıb.
Qeyd olunur ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 139 022 nəfəri sağalıb, 2 196 nəfəri isə vəfat edib.