Rusiyada sutka ərzində koronavirusa yoluxanların sayı 28 284 nəfər artaraq 3 050 248 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib.
Məlumata əsasən, sağalanların sayı sutka ərzində 24 930 nəfər artaraq 2 450 829 nəfərə çatıb. Bildirilib ki, ölkədə bütün yoluxan insanların 80,3 faizi artıq sağalıb.
Rusiyada sutkada koronavirus səbəbindən ölənlərin sayı 552 nəfər artaraq 5 4778-ə çatdı.