Rusiya Prezidenti Vladimir Putinin həyatında heç bir gizlilik pərdəsi yoxdur, sadəcə insanlar onun harada yaşadığına maraq göstərirlər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Gizlilik pərdəsi yoxdur, demək olar ki, yoxdur. Hər kəs prezidentin harada yaşadığını və işlədiyini çox yaxşı bilir. Qızları varmı - bəli, qızları var. Bunlar kimlərdir - bəli, bunu ictimaiyyətə açıqlamamağa üstünlük verir, özü də bunun səbəbini dəfələrlə izah etdi”, - Peskov prezidentin şəxsi həyatı ilə bağlı bir sualı cavablandırarkən belə söyləyib.
Peskov Putinin əsas prinsiplərindən də danışıb:
"Prezidentin dəyişdirilməsini planlaşdırmadığı tək şey işi, iş tərzidir, çünki onun anlayışına görə, əsas məsələ dövlət başçısının vəzifələrini necə yerinə yetirməsi, necə işləməsi və bu işin nəticələridir. Bütün hallarda o, insanların şəxsi məkanları anlayışla qarşılayacaqlarını düşünür".