29 Dekabr 2020 08:05
2 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münasibətlərin normallaşdırılması barədə razılaşma əldə edildikdən sonra Mərakeşdən bir nümayəndə heyətinin Təl-Əvivdə səfirlik açma müddətini müzakirə etmək üçün İsrailə gəldiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail mətbuatında məlumat yayılıb.
İddiaya görə, Mərakeşdən olan nümayəndə heyəti rəsmi görüşlər aparmaq üçün İsrailə gəlib. Nümayəndə heyətinin İsrail Xarici İşlər Nazirliyinin rəsmiləri ilə Təl-Əvivdə səfirlik açma müddətini müzakirə edəcəyi bildirilib.

Mərakeş Kralı VI Məhəmməd dekabrın 10-da İsraillə rəsmi ikitərəfli təmasların və diplomatik əlaqələrin ən qısa müddətdə bərpa olunacağını deyib.

İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Meyr Ben-Şabbat və ABŞ Prezidenti Donald Trampın müşaviri Jared Kuşnerin rəhbərlik etdiyi İsrail və Amerika rəsmiləri ayın 22-də rəsmi səfər çərçivəsində Mərakeşə getmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər