ABŞ Prezidenti Donald Trampın Corciya ştatının baş katibi Bred Raffenspergeri seçkinin nəticələrini onun lehinə çevirmək üçün addımlar atmağa çağırması iddiası ictimai müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, “Vaşinqton Post” qəzeti Trampla Raffensperger arasındakı telefon danışıqlarının mətnini yayımlayıb.
ABŞ lideri təxminən bir saat davam edən görüşdə seçkilərdə kritik ştatlardan biri olan Corciyada qalib gəldiyini iddia edib:
“İstədiyim budur ki, aldığımızdan daha çox olan 11.780 səsi əldə etmək istəyirəm, çünki orada biz qalib gəldik”.
Tramp rəsmi nəticələrə görə, Corciyada 11.797 səs fərqi ilə qalib gələn demokrat rəqibi Co Baydeni məğlub etdiyini bildirir, bəzi məntəqələrdə saxtakarlıq olduğu üçün nəticələrin özünün xeyrinə ləğv olunduğunu söyləyir.
Corciya sakinlərinin seçkinin nəticələrinə görə qəzəbləndiyini iddia edən Tramp Raffenspergerə deyib: “Səsləri yenidən sayılacağını elan etməyinizin heç bir zərəri yoxdur”.
Tramp danışıqlar barədə yayılan iddialara Tvitter hesabında cavab verib və Raffenspergerlə belə bir danışıq aparmadığını vurğulayıb.
Raffenspergerin isə Donald Trampa cavabı belə olub: “Cənab Prezident, dedikləriniz doğru deyil, həqiqət ortaya çıxacaq”.