5 Yanvar 2021 09:32
1 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin son günlər İdlib ətrafını ağır silahlar və hərbçilərlə gücləndirməsinə qarşı Türk Silahlı Qüvvələri (TSK) hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, TSK-nın hərbi konvoyu İdlib-Əl-Bab yolunda hücuma məruz qalıb.

Yerli mənbələrin məlumatına görə, yanvarın 3-ü axşam saatlarında kimliyi bilinməyən terrorçu qruplar tərəfindən həyata keçirilən hücum zamanı itki olmayıb.

Bölgədəki qaynaqlar hücumdan sonra TSK tərəfindən əhatəli əməliyyata başlanıldığı bildirilib.

Həmçinin rejimlə müxalif qrupları ayıran cəbhə xəttinə son bir həftə ərzində TSK tərəfindən silah-sursat göndərilib. Xüsusilə, cəbhə xəttində çox sayda zirehli texnika, tank, radarlar yerləşdirilib.

Bəşər Əsəd rejiminin mümkün hücumunun qarşısını almaq məqsədilə bölgədə yeni dayaq məntəqələri qurulub, mövqelər möhkəmləndirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər