7 Yanvar 2021 19:40
1 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağdad məhkəməsi Donald Trampın həbsi üçün order verib. ABŞ Prezidenti 2020-ci ilin yanvarında iranlı general Qasim Süleymaninin öldürülməsini təşkil etməkdə şübhəli bilinir.

Teleqraf.com xəbər verir ki, bu barədə AP xəbər yayıb.

Sənəd İraq hakimlərindən biri tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin və şiə milislərinin başçısı Əbu Mehdi əl-Mühəndisin Bağdad hava limanında amerikan pilotsuz uçuş aparatından istifadə edilərək öldürüldüyünü müəyyən edən istintaq materiallarına əsasən verilib. Orderdə bunun qəsdən adam öldürmə olduğu bildirilir. İraq qanunvericiliyinə görə, belə cinayətə görə edam nəzərdə tutulur.

Eyni zamanda məhkəmə, əl-Mühəndisin yaxınlarının istəyi ilə başladılan istintaqın davam etdiyini bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər