ABŞ Konqresinə hücum zamanı qarşıdurmada yaralanan polis məmuru həyatını itirib.
Teleqraf.com xatırladır ki, ümumilikdə Prezident Donald Tramp tərəfdarlarının Konqresə hücumu zamanı baş verən qarşıdurmalarda 50-dən çox polis yaralanıb.
Başından zədələnən polis isə xəstəxanada vəfat edib. Adı açıqlanmasa da, Konqresdə baş verən zorakılıqlar nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Məlum olub ki, Milli Qvardiya Konqresin binasını tam nəzarətə alaraq onun ətrafında barrikadalar qurub.
Vaşinqton bələdiyyəsinin sədri Muriel Bovser və ABŞ Quru Qoşunlarının təmsilçisi Rayn Makkarti birgə mətbuat konfransı keçirərək qeyd ediblər ki, Konqresə hücumun bənzərini gözləyirlər və heç kəs Amerika Konqresini işğal ediləcəyi fikrini düşünmür.
Vaşinqtonda Milli Qvardiya birliklərinin aktiv xidmətə keçdiyini bildirən ordu təmsilçisi onlarla ştatın Milli Qvardiyasından dəstək aldıqlarını bildirib.