9 Yanvar 2021 10:16
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Koreya Əmək Partiyasının qurultayında Vaşinqtonu “əsas düşməni” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.

Kim Çen qeyd edib ki, ABŞ-ın KXDR-ə münasibətdə siyasəti Vaşinqton administrasiyasına kimin rəhbərlik etməsindən asılı olmayaraq dəyişməz qalacaq.

Şimali Koreya lideri ABŞ-ın yalnız düşmən niyyətlərindən imtina etdikdən sonra ölkəsi ilə münasibətləri yaxşılaşdıra biləcəyini qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər