9 Yanvar 2021 16:53
7 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Dəniz Qüvvələri Egey və Aralıq dənizilərindəki fəaliyyətlərini fasiləsiz davam etdirir.

Teleqraf.com xəbər verir ki, seysmik və qazma axtarış gəmilərini qorumaq vəzifəsini uğurla davam etdirən Türkiyə Dəniz Qüvvələri Egey və Aralıq dənizinin şərqində hərbi təlimlərə hazırlaşır.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya Departamenti Antalya və İzmir sahillərində yeni Navtex elanı verib. Plana görə, 11-14 yanvar tarixləri arasında doqquz fərqli sahədə axtarış-xilasetmə və atış təlimlər keçiriləcək.

Yanvarın 6-da Egeydə səhədi pozan Yunanıstanın iki gəmisinə Türkiyənin Sahil Mühafizə Xidməti mane olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər