10 Yanvar 2021 18:43
4 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tvitter sosial şəbəkəsi Çinin ABŞ-ın bu ölkədəki səfirliyinin Pekinin uyğur türklərinin övlad sahibi olmasını məhdudlaşdırması praktikasını tərifləyən postunu silib.

Teleqraf.com xəbər verir ki, Tvitter Çin hökumətinin uyğurlar arasında “gender bərabərliyini və reproduktiv sağlamlığı təşviq etdiyi”, uyğur qadınlarının “azadlıq haqlarını tanıdığı” və “körpə istehsal edən maşın” olmaqdan qurtardığı iddialarını özündə cəmləşdirən postu Çinin uyğuları insani haqlardan məhrum etmək səyi kimi qiymətləndirib.

“Bu yazı Tvitterin qaydalarını pozur”, - ABŞ-ın Çin səfirliyi tərəfindən cümə axşamı səhər yayımlanan və bir neçə saat sonra Tvitterdən silinən postu haqda deyilib.

Son illərdə Çində uyğur türklərinin mədəni və milli kimlik haqlarının kobud formada pozulması beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur. BMT-nin məlumatlarına görə, Pekinin “peşə təhsili mərkəzləri” adlandırdığı düşərgələrdə ən azı 1 milyon uyğur türkü qanunsuz şəkildə saxlanılır.

Çin rəsmiləri BMT-nin birbaşa məlumat üçün bölgəni sərbəst araşdırma tələbini rədd edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər