Şimali Koreya lideri Kim Çen In hakim Fəhlə Partiyasının VIII qurultayında çıxış edərək, ölkənin milli nüvə qüvvələrinin yaradılmasını tamamladığını söyləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi agentliyi (CTAC) məlumat yayıb.
Yenidən partiyanın baş katibi seçilən Kim Çen In Şimali Koreyanın statusunun və milli gücünün ümumi səviyyəsinin indiyə qədər ən yüksək səviyyəyə çatdığını vurğulayıb.
Kim Çen In əvvəllər demişdi ki, ölkə rəhbərliyi nüvə silahı daşıya bilən raketlərin məhvetmə radiusunu 15 min km-ə qədər artırmaq niyyətindədir. O, bununla düşmən hədəflərinə dəqiq zərbələrin endirilməsi qabiliyyətinin yüsəldiləcəyini vurğulayıb.
Dekabr ayının sonunda Cənubi Koreyanın “Yonhap” agentliyi Şimali Koreya ilə nüvə anlaşması dayandırılacağı halda, ABŞ-ın yeni seçilmiş Prezident Co Baydenin qitələrarası ballistik raketlərin sınağına başlayacağını iddia edib. Oktyabr ayındakı hərbi paradda ABŞ materikdə istənilən nöqtəyə çatmağı bacaran, təxmini məsafəsi 12.874 km olan təkmilləşdirilmiş “Hwaseong-15” də daxil olmaqla yeni ballistik raketləri nümayiş etdirib.