14 Yanvar 2021 08:25
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden güman edir ki, yanvarın 6-da Konqresin binasında qarışıqlıqlar Amerikanın hazırkı lideri Donald Tramp tərəfindən təşkil edilib və planlaşdırılmış xarakter daşıyırdı.

Teleqraf.com xəbər verir ki, demokratın müvafiq bəyanatı çərşənbə günü onun keçid komandasının saytında dərc edilib.

"Keçən həftə demokratik sistemimizə görünməmiş hücumun şahidi olduq. Bizim bütün 244 yaşlı tariximizdə buna oxşar heç nə görmədik", - Bayden qeyd edib.

"Bu cinayətkar hücum əlaqələndirilmiş və planlaşdırılmış xarakter daşıyırdı. Onu prezident Trampın təkan verdiyi siyasi ekstremistlər və daxili terrorçular həyata keçirdilər", - siyasətçi hesab edir.

Qeyd edək ki, yanvarın 6-da Konqresdə baş verən qarışıqlıqlar nəticəsində beş nəfər həlak olub. Konqresin üzvləri bir neçə saatlıq yubanmaya baxmayaraq, Baydenin prezident seçkilərində qələbəsini rəsmi olaraq təsdiq ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər