15 Yanvar 2021 21:42
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Əfqanıstan və İraqdakı hərbi kontingentinin sayını 2,5 min nəfərədək azaldıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir. Ölkənin müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller daha əvvəl Prezident Donald Trampın əmri və qüvvələrin yenidən toplanması planına uyğun olaraq 15 yanvar tarixinə qədər hər ölkədə hərbçilərin sayının 15 yanvaradək 2,5 min nəfərədək azaldılacağını bildirmişdi.

“Mən artıq bu barədə ötən il noyabrın 17-də qabaqcadan məlumat vermişdim. Bu gün ABŞ-ın Əfqanıstanda və İraqdakı əsgər sayı hər ölkədə 2,5 min nəfər təşkil edir. Bu isə ABŞ kontingentinin 2001-ci ildən bəri həmin ölkələrdə ən aşağı səviyyəyə çatıdırılması deməkdir”, - deyə Miller qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər