Almaniyada karantin rejiminin uzadılması iqtisadiyyat üçün ağır nəticələrə gətirib çıxara bilər. Eyni zamanda “Şimal Axını-2” qaz kəmərinin inşasına təsir edə bilər. Bu, bütövlükdə işçilər üçün ciddi siqnaldır. Düşünürəm ki, kiçik və orta sahibkarlıq subyektlərinin əksəriyyəti bundan sona normal şəkildə özünə gələ bilməyəcək. Bütün sənaye sahələri xarabalıqda qalacaq. Bunlar yüz minlərlə işsiz, ödənilməyən kreditlər, itirilmiş işlərdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Almaniya bundestaqının üzvü Valdemar Qredit deyib.
Deputat əlavə edib ki, mümkün iqtisadi nəticələr Almaniyanın ortaq olduğu “Şimal axını-2” layihəsi, Rusiya daxil olmaqla bütün qonşulara təsir edəcək:
“Əgər Almaniya və Avropa Birliyinin iqtisadiyyatı çökərsə, ehtimal olunduğu qədər bu yanacağa tələb olmayacaq. Beləliklə, sürətlə və təcili olaraq layihənin inşasını bitirmək lazım deyil”.