17 Yanvar 2021 22:49
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 165 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, son 24 saatda 6436 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8812, ağır xəstələr isə 2201 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 387 101 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 262 864 nəfər sağalıb, 23 997 nəfər isə ölüb.


Müəllif: Teleqraf.com