Prezident Donald Trampın təlimatı əsasında 700 Amerika əsgəri Somalidən çıxarılıb.
Teleqraf.com xatırladır ki, Trampın 2020-ci ilin dekabrında verdiyi qərara əsasən 2021-ci ilin əvvəllərinə qədər ordunun Somalidən çıxarılması nəzərdə tutulurdu.
ABŞ-ın Afrika Komandanlığının (AFRİCOM) sözçüsü, polkovnik Kris Karns bildirib ki, Somalidə olan ABŞ əsgərləri Kenya və Cibutiyə köçürülüb.