Belə hücumlar Kanadanı qorxutmaz.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Kanadada baş verən hücumla bağlı Baş nazir Stefan Harper açıqlama verib.
Onun sözlərinə görə, Kanada terrorçu qruplarla mübarizə səylərinin iki qat artıracaq. Harper hökumətin terrora qarşı olduğunu və bununla mübarizə üçün bütün mümkün tədbirlərin həyata keçiriləcəyini qeyd edib. O hadisənin tezliklə araşdırılacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, atışma Kanada paytaxtında parlament binası yaxınlığında yerli vaxtla oktyabrın 22-də səhər baş verib. Ov tüfəngilə silahlanmış qara geyimli və üzü maskalı naməlum şəxs fəxri qarovulda duran əsgəri sinəsinə atəş açaraq öldürdükdən sonra, yaxınlıqda yerləşən parlament binasına girib. Binada başlanan atışmada polis hücum edən şəxsi öldürüb.
Samir