23 Oktyabr 2014 14:03
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Total” neft şirkətinin icracı direktoru Kristof de Marjeri və 3 ekipaj üzvünün öldüyü təyyarə qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə təyyarənin qalxma zamanı çırpıldığı qar təmizləyən maşının sürücüsü Vladimir Martinenkonun həbs olunmasına qərar verib.

Məhkəmə sözçüsü Anna Fyodorova hakimin prokuror müavininin tələbini qəbul etdiyini və Martinenkonun həbs olunduğunu açıqlayıb.

Məhkəmə həmçinin uçuşa nəzarət etməli olan 4 aeroport işçisinin də həbs olunmasına qərar verib. Bunlar dispetçer Roman Dunayev, uçuş direktoru Svetlana Krivsun, dispetçer direktoru Aleksandr Kruglov və təyyarə meydança sahəsinin təmizliyinə məsul şəxs Vladimir Lebedevdir. Rusiya İstintaq Komissiyasının məlumatına görə, bu şəxslər uçuş təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vəzifələrini yerinə yetirməyib.

Qəzadan sonra “Vnukova-3” aeroportunun baş direktoru Andrey Dyakov və müavini Sergey Solntsev istefa verib. Hava limanı rəhbərliyi istefaların qəbul edildiyini açıqlayıb.

Xatırladaq ki, oktyabrın 21-i gecə saatlarında Moskvanın “Vnukova-3” aeroportundan havaya qalxan təyyarə bir neçə saniyə sonra qəzaya uğrayıb. Rəsmilər qəzanın təyyarənin qalxma anında qar təmizləyən maşına çırpılması nəticəsində baş verdiyini bildiriblər.

Samir


Müəllif:

Oxşar xəbərlər