20 Yanvar 2021 21:39
2 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir və Qətərin qarşılıqlı diplomatik münasibətləri bərpa etməyə razı olduqları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, dörd ilə yaxındır münasibətlərini donduran iki ölkə əlaqələri bərpa etmək barədə qərar verib.

Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamada iki ölkə arasındakı müvafiq addımın yanvarın 5-də Körfəz Əməkdaşlıq Şurasının Səudiyyə Ərəbistanında keçirilən 41-ci sammitində əldə edilən razılaşma çərçivəsində atıldığı bildirilib.

Misir Körfəz böhranı səbəbindən 2017-ci ildən dayandırılan Qətərə uçuşların bərpa olunduğunu açıqlayıb.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyun 2017-ci il tarixində “terror qruplarını dəstəkləmək” ittihamı və bu ölkəyə iqtisadi embarqo qoymaqla Qətərlə bütün diplomatik münasibətlərini kəsmişdilər.

Qətər bu ölkələrin bütün ittihamlarını rədd etsə də, bu, Körfəz bölgəsində böhrana səbəb olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər