20 Yanvar 2021 20:36
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə saatdan sonra ABŞ Prezidenti kimi səlahiyyətləri başa çatacaq Donald Tramp ənənəyə uyğun olaraq dövlət başçısı postunda onu əvəzləyəcək Cozef Baydenə məktub yazıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “CNN” telekompaniyası Ağ Evdəki mənbələrinə istinadən xəbər verib.

Tramp yazdığı kiçik məktubu Oval kabinetdəki iş masasının yuxarı yeşiyinə qoyub.

Məktubun məzmunu hələlik məlum deyil. Trampın xanımı Melaniya isə öz növbəsində gələcək birinci xanım Cill Baydenə “qısa salamlama məktubu” yazıb.

Qeyd edək ki, Trampla xanımı Baydenin inauqurasiyasını gözləmədən səhər saatlarında Ağ Evi tərk edərək Floridaya yollanıb.


Müəllif: Teleqraf.com