21 Yanvar 2021 11:59
3 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

09:50

“ABŞ-ın yeni Prezidenti Co Bayden vəzifəsinin icrasına başlayar-başlamaz Rusiyaya qarşı sanksiyalara hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Hərəkat rəhbəri ABŞ-da keçirilən seçkilərdən sonra baş verən gəlişmələrə diqqət çəkib:

“Co Bayden bu gündən ABŞ-ın 46-cı prezidenti kimi işə çıxır. Onun administrasiyası ilk gündə ABŞ-da qanuni statusu olmayan 11 milyona yaxın qaçqına vətəndaşlıq üçün 8 illik bir yol xəritəsi təqdim edir, Meksika ilə sərhəddə divarların tikintisini dayandırır, Rusiyaya qarşı daha sərt sanksiyalara, Çinlə iqtisadi və ticari əməkdaşlığı genişləndirməyə hazırlaşır.

Bir sözlə, Bayden Tramp administrasiyasından miras qalmış bir çox problemləri qısa müddətdə həll etmək niyyətindədir. Hazırda demokratların istədiklərini etməyə gücü yetərincədir. Konqres bütövlükdə demokratların nəzarətindədir, onlar nümayəndələr palatasından sonra son seçkilərdə senatda da üstünlük qazanıblar”.

Qubad İbadoğlu Bayden və yeni vitse-prezident Kamala Harrisin ermənilərlə əlaqələrinin olduğunu da söyləyib:

“Yeni prezidentin istədiklərini etməyə siyasi iradəsi də kifayət qədərdir, yeganə fiziki imkanları zəif görünür, ona görə də Asiya mənşəli xanım vitse-prezident Kamala Harrisdən də gözləntilər çoxdur. Onların hər ikisinin bir böyük eyibi ermənilərlə sıx bağlarının olmasındadır. Adətən belə bağlar seçkidə rol oynasa da, ABŞ dərin dövlət idarəçiliyində əhəmiyyətini itirib. İzləyib, görəcəyik ki, bu dəfə də elə olacaq və qonşular həmişəki kimi yenə məyus qalacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər