22 Yanvar 2021 14:34
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikan bankının sabiq prezidenti Angelo Kaloia korrupsiya və çirkli pulların yuyulmasında iştirakına görə 8 il 11 ay müddətinə həbs edilib.

Teleqraf.com xəbər verir ki, Vatikan bankı kimi tanınan Dini İşlər İnstitutunun (İOR) keçmiş prezidenti Kaloia və vəkil Qabriel Liuzzo Vatikan məhkəməsində ittiham olunub.

Məhkəmə bank prezidentinə 8 il 11 ay, hüquqşünasa isə 5 il 2 ay həbs və 8 min avro cərimə kəsib.

Məhkəmə eyni zamanda cinayətkarların bank hesablarında olan pulların müsadirə edilməsi, həmçinin bu şəxslərin 23 milyon avro təzminat ödəməsini tələb edib.

Qeyd edək ki, 1989-2009-cu illərdə İOR prezidenti səlahiyyətini həyata keçirən Kaloia və hüquqşünas oğlu Qabriel haqqında məhkəmə iddiası 2018-ci ildə qaldırılıb.

Onların adı Vatikana aid əmlak satışında, ofşor şirkətləri vasitəsilə həyata keçirilən əməliyyatlar zamanı müxtəlif qanunsuzluqlara imza atmaqda keçir.


Müəllif: Cavad

Oxşar xəbərlər