23 Yanvar 2021 16:40
3 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Natalya Poklonskaya Ukraynanın ilk prezidenti Leonid Kravçuku Krıma dəvət edib.

Teleqraf.xom xəbər verir ki, Poklonskaya siyasi cəsarət göstərib yarımadaya səfər edəcəyi təqdirdə Krımı ona göstərməyə hazır olduğunu söyləyib.

O, Kravçukun yaşına və siyasi təcrübəsinə hörmət etdiyini, buna görə onunla görüşməkdən xoşbəxt olacağını bildirib.

“Leonid Makaroviç hələ də siyasi cəsarətə sahibdirsə və səfərini Rusiya tərəfi ilə əlaqələndirərək Krıma getməyə qərar verərsə, o zaman mən onu müşayiət etməyə və maraqlandığı bütün sualları cavablandırmağa hazıram”.

Deputat Kravçuka göstərəcəyi ilk şeyin Krım Kanalı olacağını vurğulayıb. Sonra, onun dediyinə görə, krımlılarla istədiyi yerdə görüş təyin edə bilər.

Bundan əvvəl Donbas münaqişəsinin həlli ilə bağlı üçtərəfli təmas qrupundakı Kiyevin hazırkı nümayəndəsi Kravçuk Rusiya tərəfindən işğal edilmiş Krımı ziyarət etmək istədiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər