23 Yanvar 2021 21:52
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı telejurnalist Larri Kinq bu gün 87 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun rəsmi Tvitter səhifəsində məlumat yayılıb.

Teleaparıcı Los-Ancelesdəki xəstəxanalardan birində dünyasını dəyişib. Onun ölümünün səbəbi barədə məlumat verilmir.

Xatırladaq ki, yanvarın 2-si "CNN" telekanalı Larri Kinqin koronavirusla əlaqədar xəstəxanaya yerləşdirildiyini bildirmişdi.


Müəllif: Teleqraf.com