23 Yanvar 2021 23:40
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 600 mindən çox artıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 600 790 nəfər yeni koronavirusa yoluxub, 15 846 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 96 877 399, ölənlərin isə 2 098 879 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Müəllif: Teleqraf.com