COVID-19 pandemiyası başlayandan bu gün səhərədək dünyada xəstəliyə yoluxanların sayı ümumilikdə 99 192 353 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin məlumatında bildirilir.
Bütün dünyada COVID-19 ilə əlaqəli xəstəliklərdən ölənlərin sayı artaraq 2 129 403-ə çatıb, 70 milyondan çox insan sağalıb.
Ən çox yoluxma və ölüm hallarının qeydə alındığı ölkələrin ilk üçlüyünə ABŞ, Hindistan və Braziliya daxildir.