Video əlavə olunub:
***
10:07
Fransa mətbuatı bir daha Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı gündəmə gətirib.
Teleqraf.com xəbər verir ki, Ərdoğana qarşı tez-tez qərəzli materiallar dərc edən Fransa mediasında bu dəfə maraqlı bir iddia ortaya atılıb.
Xəbər saytı “Atlantico” tərəfindən yayımlanan bir məqalədə Ərdoğanın “Osmanlı İmperiyası qurduğu” bildirilib.
“Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyasını bərpa edir. O, DNT-sini Fateh Sultan Mehmetdən alıb”, - məqalədə qeyd edilib.
Məqalədə Türkiyənin Azərbaycan (Qarabağ) və Liviyada üstünlüyünü artırmaqla yanaşı, Qərbə qarşı müdafiə sənayesini gücləndirdiyi deyilib.