26 Yanvar 2021 15:00
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klintonun prodüser şirkəti YPG/PKK-lı qadın terrorçular haqqında televiziya serialının hüquqlarını alıb.

Teleqraf.com xəbər verir ki, serialın hüququnu Bill Klintonun və keçmiş həyat yoldaşı Hillari Klintonun ortaq olduğu “HiddenLight Production” şirkəti götürüb.

Hüququ alınan televiziya proqramı Qayle Tzemac Lemon adlı yazarın Suriyanın şimalında terror təşkilatı İŞİD-ə qarşı YPG/PKK sıralarında "döyüşdüyü" iddia edilən qadınlardan bəhs edən “Kobaninin Qızları: Qiyam, Cəsarət və Ədalət Hekayəsi” kitabı əsasında çəkiləcək.

Klinton sözügedən istehsalın şirkətlərinin məqsədlərinə uyğun olduğunu deyib: ““Kobaninin Qızları” hekayəsini dünyanın hər yerindəki izləyicilərə təqdim etməkdən daha həyəcanlı bir şey yoxdur”.

Qeyd edək ki, Hillari Klinton və qızı Çelsea 2020-ci ilin dekabrında televiziya və rəqəmsal platformalar üçün dram əsərləri yaratmaq üçün “HiddenLight Production” şirkətini qurub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər