İran Xarici işlər naziri Cavad Zərif Azərbaycan və Rusiya səfərindən sonra bu gecə İrəvana gedib.
Teleqraf.com xəbər verir ki, Zvartnots hava limanında İran Xarici işlər nazirini Ermənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan qarşılayb.
Qeyd edək ki, Cavad Zərif Bakı və Moskvada olarkən regional əməkdaşlıq mövzusunda danışıqlar aparıb.