27 Yanvar 2021 20:52
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa və Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar Odessa şəhərində bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, görüşdə Türkiyədən Ukraynaya pilotsuz uçan aparatların (PUA) satışı məsələsi müzakirə edilib.

Açıqlamada bildirilib ki, tərəflər Ukrayna Hərbi Donanması üçün Türkiyədən PUA-ların tədarükü məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Neijpapa Ukrayna Donanmasının Türkiyədən həm quru, həm də dənizdə istifadə ediləcək PUA alacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu