ABŞ Prezidenti Cozef Baydenin administrasiaysı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Səudiyyə Ərəbistanına silah satışına müvəqqəti qadağa tətbiq etdi.
Teleqraf.com xəbər verir ki, bu barədə Vaşiqtonun hakim dairələrindəki mənbələrə istinadən "Wall Street Journal" qazeti xəbər verir.
Nəşrin mənbələrinə görə, Baydenin köməkçiləri əvvəlki ABŞ prezidenti Donald Trampın dövründə təsdiqlənmiş milyardlarla dollarlıq silah əməliyyatların qiymətləndirilməsini aparırlar.
Xüsusilə, yüksək dəqiqlikli döyüş sursatlarının və beşinci nəsil F-35 qırıcılarının BƏƏ-yə və Səudiyyə Ərəbistanına satışı ilə bağlı məsələlər nəzərdən keçirilir. Qəzetin qeyd etdiyi kimi, Vaşinqton göstərilən silahları Əbu Dabiyə verməyi İsrail və BƏƏ arasında ikitərəfli münasibətlərin tamamilə normallaşdırılmasına dair razılaşmanın əldə edilməsi ilə əlaqədar razı olub.
Qəzet mənbələri yeni rəhbərliyin əvvəllər bağlanmış silah sövdələşmələrini qiymətləndirmə praktikasının "qeyri-adi bir şey olmadığını" qeyd edir. Nəşrə görə, "təxirə salınmasına baxmayaraq bir çox əməliyyatın başa çatacağı ehtimal olunur."
Vaşinqtonun sözügedən silahların Yəməndə istifadə olunmayacağına əmin olmaq istədiyi vurğulanır.