28 Yanvar 2021 15:16
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmiz əvvəllər heç vaxt bu qədər çətin, qeyri-müəyyən bir vəziyyətdə olmayıb. İndiki qədər heç vaxt itki yaşamamışıq. Bütün milli maraqları rəhbər tutaraq kilsənin səssiz qala bilməməsi təbiidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri bütün ermənilərin katolikosu II Qaregin Yerablur panteonunda jurnalistlərə açıqlaması zamanı bildirib.

Katolikos mövqeyinin dəyişmədiyini də bəyan edib: “Baş nazir Nikol Paşinyanın istefasını lazımlı hesab etməyə davam edirik. Kilsə dövlət maraqlarını rəhbər tutur. Kilsənin yanaşması müəyyən siyasi qüvvələrin mövqeyi ilə üst-üstə düşürsə, bu, siyasi qüvvəni dəstəkləmək anlamına gəlmir. Kilsə apolitik bir quruluşdur”.

Xatırladaq ki, bütün ermənilərin Katolikosu II Qaregin 8 dekabr 2020-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkədəki mövcud vəziyyətə görə istefaya çağırmışdı.

O, mövqeyini belə əsaslandırır ki, indiki böhran dövründə, kilsə Baş nazir Nikol Paşinyanı şoklardan, mümkün toqquşmalardan və faciəli dönüşlərdən çəkinməsi üçün postundan ayrılması faydalı addım olar.


Müəllif: Cavad

Oxşar xəbərlər