24 Oktyabr 2014 06:25
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD radikal qruplaşması ilə mübarizə koalisiyasına daxil olan tərəfdaşların konfransı oktyabrın 27-də Küveydə keçiriləcək.

Teleqraf.com RİA Novosti-yə istinadla bildirir ki, bu barədə ABŞ Dövlət Departamentindən xəbər veriblər. Amerika nümayəndə heyətinə AB dövlət katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Riçard Stengel başçılıq edəcək. Bəhreyn, Misir, Fransa, İraq, İordaniya, Böyük Britaniya, Türkiyə, Səudiyyə Ərəbistanı və koalisiyaya daxil olan digər dövlətlərin nümayəndələri konfransda iştirak etməyə dəvət alıblar.

ABŞ xarici siyasət idarəsindən bildiriblər ki, konfrans koalisiya tərəfdaşları arasında əməkdaşlığı genişləndirmək məqsədilə ideya-fikir mübadiləsini dərinləşdirmək üçün imkanlar yaradacaq.


Müəllif:

Oxşar xəbərlər