29 Yanvar 2021 13:05
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyadan olan hüquqi və fiziki şəxslərə qarşı sanksiya tətbiq edilməsinə dair qərarını imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərman imzalandığı andan qüvvəyə minib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının icrasına nəzarətin sözügedən qurumun rəhbərinə həvalə olunduğu bildirilib.

Ukrayna Xarici İşlər Nazirliyi Kiyevin qərarı ilə əlaqədar Avropa Birliyi, ABŞ və digər dövlətlərin nümayəndələrini ayrıca məlumatlandırmalıdır.

Sanksiyaların tətbiq edilməsindən bir gün əvvəl Ukraynanın Nazirlər Kabineti Krım üzərindən uçan 13 aviaşirkətə anti-Rusiya sanksiyalarının tətbiqi imkanlarını nəzərdən keçirib. Söhbət üç il müddətinə Ukrayna ərazisi üzərindən resursların, uçuşların və nəqliyyatın tranzitinin tamamilə dayandırılmasını təmin edən sanksiyalardan gedir. Bu təklifin qəbul edilib-edilməməsi barədə məlumat verilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər