Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi mayın 17-dək səyahət məhdudiyyətlərini uzadır və sərhədləri açmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə krallığın rəsmi SPA informasiya agentliyi xəbər yayıb.
Qərarın qəbul edilməsinin əsas səbəbi dünyada COVID-19 pandemiyasının ikinci dalğasının geniş yayılması və Səudiyyə Ərəbistanına gətiriləcək “Pfizer” peyvəndlərinin yubanacağı ehtimalıdır. Nazirlik bəyan edib ki, sərhədlərin açılacağı vaxt daha çox insanın peyvənd olunmasını təmin etmək lazımdır.
Yeni ilin ilk günlərində Səudiyyə Ərəbistanı sərhədlərin martın 31-də açılacağını elan etmişdi. Lakin yuxarıda göstərilən səbəblərdən bu qərar ləğv edilib.