“Türkiyə son illərdə Afrikadakı nüfuzunu gücləndirib, son 10 ildə qitədəki türk diplomatlarının sayı dörd dəfə artırılıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” qəzeti yazıb.
Məqalədə Türkiyənin son 15 ildə Afrika ölkələri ilə siyasi və iqtisadi əlaqələrinin mərhələli şəkildə gücləndirdiyi, xüsusilə Şərqi Afrika da daxil olmaqla, qitənin mərkəzi və cənubunda daha çox görünməyə başladığı bildirilib.
Afrika ölkələri ilə bir çox sahədə əməkdaşlıq edən Ankaranın ticarət, hərbi, təhsil, diplomatiya, infrastruktur, vətəndaş cəmiyyəti və siyasi sektorlarda qitədəki təsirini artırdığına diqqət çəkilib.
Türkiyənin qitədəki diplomatik nüfuzunun son 10 ildə demək olar ki, dörd dəfə artdığı da qeyd edilib. Ankaranın Toqo və Qvineya-Bissauda iki yeni səfirlik açmağa hazırlaşdığı, bundan əvvəl isə qitədəki Türkiyə səfirliklərinin sayının 42-yə çatdığı bildirildi.
2011-ci ildə dönəmin Baş naziri Rəcəb Tayyib Ərdoğanın 20 il sonra Moqadişuya səfər edən afrikalı olmayan ilk xarici lider olduğu xatırladılıb.