6 Fevral 2021 15:11
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hakimiyyəti Belarus müxalifətinə dəstək üçün fəaliyyət planı qəbul edib. Söhbət sığınacaq və təqaüd verilməsindən, müstəqil KİV-lərin dəstəklənməsindən gedir.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel şənbə günü etdiyi ənənəvi video çıxışında bildirib.

“Almaniya Federativ Respublikası hökuməti “Belarus vətəndaş cəmiyyəti” fəaliyyət planı qəbul edib. Təqib olunan müxalifətçilər və çətinlik çəkən insanlar sadələşdirilmiş qaydada viza ala biləcək və beləliklə bizdə sığınacaq tapacaqlar. Biz travma almış işgəncə qurbanlarına kömək etmək, onlara təqaüd vermək və müstəqil mediaya dəstək göstərmək istəyirik”, – deyə Merkel bildirib.

Kanslerin sözlərinə görə, bu, Belarusda münaqişə tərəfləri arasında qarşıdurmanı dəyişdirməyəcək, çünki bu, kənardan mümkün deyil. Lakin Berlinin müxalifətə dəstəyini nümayiş etdirəcək, onlara səslərinin eşidildiyini çatdıracaq.

Merkel Minskdəki səlahiyyətliləri zorakılığa dərhal son qoymağa və siyasi məhbusları azadlığa buraxmağa çağırıb. O, Almaniya və Avropa İttifaqının Belarusda insan hüquqlarının pozulmasının davam etməsində təqsiri olanların məsuliyyətə cəlb olunmasına çalışacaqları fikrini təkrarlayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər