6 Fevral 2021 19:28
2 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Suçava şəhərində vəftiz (xaçsuyuna salınma) mərasimindən sonra ürəyi dayanan 6 həftəlik körpə dərhal xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra ölüb.

Teleqraf.com xəbər verir ki, cəsədin yarılmasından sonra həkimlər körpənin ağ ciyərində su olduğunu müəyyən edib.

Vəftiz mərasiminə rəhbərlik edən rahibə qarşı cinayət işi açılıb.

Olaydan sonra ölkədə vəftiz qaydalarını dəyişdirmək üçün sosial şəbəkələrdə başlayan kampaniyada 56 mindən çox imza toplanıb. İnternet istifadəçi mərasimi qəddarlığına görə qınayıblar.

Son illərdə əhalisinin 80-dən çoxu pravoslav olan Rumıniyada tez-tez oxşar hadisələr baş verib.

Rumıniya Pravoslav Kilsəsinin sözçüsü Vasili Banesku vəftiz əsnasında körpənin bütün bədənini suya salmaqdansa, alnına su tökməyin mümkün olduğunu söyləyib. Ancaq kilsənin mühafizəkar qanadının lideri arxiyepiskop Feodosi qaydaların dəyişməyəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər