6 Fevral 2021 20:29
4 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın paytaxtı Amsterdamın məşhur Qırmızı İşıq Bölgəsindəki (Red Light District) fahişəxanlar köçürülür.

Teleqraf.com xəbər verir ki, bələdiyyə idarəsi şəhərin imicini yaxşılaşdırmaq üçün fahişəxanaları şəhər kənarında yeni bir əraziyə köçürməyi qərara alıb.

Qırmızı İşıq Bölgəsi turizm infrastrukturunun ən güclü inkişaf etdiyi ərazilərindən biridir.

Şəhərin ilk qadın bələdiyyə başçısı Femke Halsema vəzifəyə başladığı gündən bəri Qırmızı İşıq Bölgəsində insan alveri və qanunsuz fahişəliyin qarşısının almaq üçün tənzimləyici tədbirlər görməyə çağırışlar edirdi.

Amsterdam bələdiyyə şurasının üzvləri köçürülmə barədə aparılan danışıqlarda razılığa gəliblər. Düşünülür ki, plan şəhərin beynəlxalq aləmdəki imicini yaxşılaşdıracaq. Seks işçilərinin fəaliyyət göstərməsi üçün şəhər xaricində yeni bir “erotik mərkəz”in qurulması da nəzərdə tutur.

Qırmızı İşığın köçürülməsini istəyənlər arasında Baş nazir Mark Ruttenin də olduğu bildirilir.

Qırmızı İşıq Bölgəsindəki seks işçiləri bu vəziyyətdən razı deyillər. Onları təmsil edən təşkilat nümayəndəsi bildirib ki, iş yerlərinin dəyişdirilməsi bir seçim deyil: “Müştərilər seks işçilərini harada tapacaqlarını bilməyəcəklər. Bələdiyyə başçısı Halsema yeni bölgəyə avtobus xidmətləri təşkil edəcəkmi?..”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər