Türkiyə qiymətli bir NATO müttəfiqidir, ancaq onların S-400 kompleksləri almaq qərarı ABŞ və NATO müttəfiqi olaraq üzərinə götürdüyü öhdəliklərə ziddir. Mövqeyimizdə dəyişiklik yoxdur. S-400 kompleksləri F-35 qırıcıları ilə uyğunsuzluq təşkil edir və bu səbəbdən də Türkiyə proqramdan uzaqlaşdırıldı. Türkiyəni S-400 komplekslərini mühafizə etməməyə çağırırıq.
Teleqraf.com xəbər verir ki, belə bəyanatla Pentaqonun sözçüsü Con Kirbi çıxış edib.
Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi aldığı səbəbindən F-35-lərlə bağlı proqramdan çıxarılmış, bu ölkənin Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulan 6 ədəd qırıcı isə ABŞ Hərbi Hava Qüvvələrinə verilmişdi.
Ötən ay Pentaqonun rəsmisi Tomas Kampbell rus mediasına açıqlamasında Türkiyənin F-35 istehsalındakı payının 2021 və 2022-ci illərdə daha da azaldılacağını elan etmişdi.
Bununla da belə ehtimal olunur ki, Co Bayden administrasiyası Türkiyəyə münasibətdə təzyiq siyasətini seçəcək.