17 Fevral 2021 19:45
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 20-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) baş direktoru Rafael Qrossi Tehrana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Vyanadakı beynəlxalq təşkilatlarda səfiri və daimi nümayəndəsi Kazıb Qəribabadi tvitter hesabında bildirib.

Onun dediyinə görə, yeni tənzimləmə və irəliləyişlər çərçivəsində İranın İAEA ilə əməkdaşlıq sahəsində texniki məsələlərini müzakirə edəcək: “Daha əvvəl açıqlandığı kimi, yeni qanunun 6-cı maddəsi fevralın 23-dən qüvvəyə minir”.

İAEA-nın da verdiyi açıqlamaya əsasən, qarşıdakı səfərin məqsədi İranda zəruri yoxlama işlərinin davam etdirilməsi üçün yüksək rütbəli rəsmilərlə görüşüb ortaq nəticəyə gəlməkdir.

Açıqlamaya görə, İranın nüvə razılaşması çərçivəsində bir sıra tədbirləri 23 fevral tarixindən dayandırmaq niyyəti həmin ölkədə yürüdülən yoxlama və müşahidə fəaliyyətləri üçün ciddi əngəl yaradır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər