Rusiya və Fransız döyüş təyyarələri bu gün Qara dənizdə üz-üzə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.
Açıqlamada Rusiya radar sistemlərinin Qara dənizdəki beynəlxalq səmalarda federasiya sərhədlərinə yaxınlaşan hava hədəfləri təsbit etdiyi bildirilib:
“Hava hədəflərini müəyyənləşdirmək və Rusiya sərhədlərinin pozulmasının qarşısını almaq üçün iki “Su-27” döyüş təyyarəsi işə salınıb”.
“Su-27” heyəti müəyyən etdiyi hava hədəflərinin “KS-135” yanacaqdoldurma təyyarəsi və iki “Miraj-2000” tipli taktiki qırıcısının Fransaya məxsus olduğunu aşkarlayıb.
Rus döyüş təyyarələrinin Fransa qırıcılarının qarşısını aldığı və Qara dəniz üzərində onları müşayiət etdiyi vurğulanıb.
Xarici döyüş təyyarələrinin Rusiya sərhədlərindən uzaqlaşdıqdan sonra “Su-27”-lərin bazalara qayıtdığı, federasiya sərhədlərinin pozulmasına icazə verilmədiyini bildirilib.