18 Fevral 2021 16:49
2 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərbin sanksiyaları ilə əlaqədar narahat olmağa əsas yoxdur, çünki Moskva və Minsk müstəqil olaraq özlərinə lazım olan hər şeylə təmin edə biləcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko özünü dövlət planının nə olduğunu və lazımlı malların istehsalını necə planlaşdıracağını bilən sovet dövrünün adamı adlandırıb: “Hər şeyi hesablaya və özümüzü tam təmin edə bilərik”.

Belarus rəhbəri iqtisadiyyatın və elmin fəal inkişafı sayəsində zaman keçdikcə Ukrayna da daxil olmaqla keçmiş SSRİ-nin digər ölkələrinin də iki ölkənin (Rusiya və Belarus) ətrafında toplanacağını iddia edib:

“Əsas məsələ razılığa gəlmək və vətənimizə lazım olan hər şeyi təmin etməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər