20 Fevral 2021 19:45
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kerç boğazında Panama bayrağı altında üzən gəmidə ölən dənizçi Türkiyə vətəndaşıdır.

Teleqraf.com xəbər verir ki, bunu “Rosmorreçflot”un mətbuat katibi Aleksey Kravçenko bildirib.

“Ölən dənizçinin cəsədi gəmidə qalır. Gəmidəki səkkiz ekipaj üzvündən beşi türk idi, onlardan biri həlak olub”, – deyə TASS onun sözlərindən sitat gətirir.

Bundan əlavə, ekipaj üzvləri arasında iki gürcü və bir Ukrayna vətəndaşı olub.

Qeyd edək ki, fevralın 19-da Kerç boğazında Panama bayrağı altında üzən gəmidən evakuasiya olunmalarını xahiş edən dənizçilər “Qafqaz” limanına aparılmışdılar. Evakuasiyaya səbəb dənizçilərdən 6-nın zəhərlənməsi, birinin isə vəfət etməsi idi.


Müəllif: Səxavət

Oxşar xəbərlər