24 Fevral 2021 22:43
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniya Baş naziri Yanez Yanşanın Tvitterdə Quranla bağlı paylaşımı müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, baş nazirin paylaşımında İslam dininin müqəddəs kitabına qarşı təhqiramiz ifadələr diqqət çəkib.

“Qurandan başqa heç bir kitab daha çox ölümə, ağrıya, zülmə, yoxsulluğa və sosial geriləməyə səbəb olmayıb”, - Yanşa qeyd edib.

Hökumət başçısının ittihamına Sloveniya İslam Birliyi cavab verib. Birlikdən verilən açıqlamada Yanşa yol verdiyi ifadələrə görə qınanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər